Marqvelaşvilinin kürəkəni 4 il müddətinə həbs olundu

DÜNYA 17 apr 2021, 23:01
Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Mindia Qoqoçuri 4 il müddətinə azadlıqdan məhrum edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

M.Qoqoçuri odlu silahın qanunsuz əldə olunması, daşınması və saxlanılması, polis əməkdaşlarına müqavimətin göstərilməsi, külli miqdarda qadağan edilmiş narkotik vasitələrin saxlanılmasında ittiham olunurdu.

Qeyd edək ki, sabiq dövlət başçısının yaxın qohumu ötən ilin iyulunda Ozurgeti şəhərində mehmanxanalardan birində baş vermiş insidentlə bağlı saxlanılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top