Dünya

Ukraynada son sutkada koronavirusa 15 min nəfər yoluxdu

Ukraynada son sutkada koronavirusa 15 min nəfər yoluxdu

Ukraynada sutka ərzində 14 984 nəfər koronavirusa yoluxub.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Maksim Stepanov feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, xəstələrdən 606-sı uşaq, 276-sı isə səhiyyə işçisidir.

Səhiyyə Nazirliyinin məlumatına görə, pandemiya dövründə ölkədə ümumilikdə 1 936 228 nəfər koronavirusa yoluxub, onlardan 39 536-sı dünyasını dəyişib, 1 475 556 nəfər isə sağalıb.(report.az)

D
demokrat.az