Səlcuq Bayraktar Kanadanın Türkiyəyə sanksiyasına münasibət bildirdi

DÜNYA 14 apr 2021, 19:46
“Embarqo sanki yeniymiş kimi sevinənlərə söyləyirəm: yenə də Şam şeytanı (yuyulmamış qaşıq mənasına gəlir - red.) kimi təpinməyə davam edə bilərsiniz”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru, "Bayraktar" pilotsuz uçuş aparatının ixtiraçısı Səlcuq Bayraktar Kanadanın silah satışı ilə bağlı ölkəsinə tətbiq etdiyi məhdudiyyətlə bağlı tvitter səhifəsində yazıb.

Səlcuq Bayraktar Kanada istehsalı olan sistemin illər əvvəl ASELSAN tərəfindən tətbiq edildiyini xatırladıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsinin işğaldan azad edilməsində “Bayrakdar”dan istifadə edilib. Bu, aparatda Kanada texnologiyası da tətbiq olunub. Kanadanın Xarici İşlər Nazirliyi “Bayraktar”dan istifadəyə görə Türkiyəyə silah satışına dair məhdudyyət tətbiq edib.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top