31 yaşlı FHN əməkdaşı koronavirusdan vəfat etdi

HADİSƏ 13 apr 2021, 10:27
Fövqəladə Hallar Nazirliyinin bir müddət öncə COVID-19 virusuna yoluxan gənc əməkdaşı Oqtay Quliyev vəfat edib.

FHN Mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, Nazirliyin Nərimanov rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı 1990-cı il təvəllüd Oqtay Quliyev müalicə olunduğu xəstəxanada vəfat edib.

O.Quliyev, həmçinin, FHN işçilərinin Həmkarlar İttifaqının üzvü olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top