Rəşad Mahmudov: “Azərbaycanın COVID-19 ilə mübarizəsi tibb tarixinə qızıl hərflərlə yazılacaq”

GÜNDƏM 08 apr 2021, 16:05
Aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında baş direktor Tedros Adhanom Qebreyesus təşəbbüsü ilə dünyanın dörd ölkəsinin dövlət və hökümət başçılarının videomüraciəti yayımlanıb. Prezidentimiz İlham Əliyevin də video müraciətinin belə bir önəmli zamanda səsləndirilməsi hər bir vətəndaş və səhiyyə işçisi üçün qürurludur. 

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. 

“Ölkə başçımız bir daha Azərbaycanın COVAX təşəbbüsünə ilk qoşulan və onu dəstəkləyən ölkələrdən biri olduğunu diqqətə çatdırıb və bütün beynəlxalq ictimaiyyəti də zamanında dəfələrlə mötəbər tədbirlərdə təşəbbüskar olaraq gələcəkdə ola biləcək problemlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsini vurğulayıb. Prezident dəfələrlə BMT nəznində təşəbbüs göstərərək beynəlxalq həmrəyliyin önəmini diqqətə çatdırıb.

Ölkə başçımız çıxışlarında ehtimal olunan problemləri dilə gətirərək onların zamanında həll istiqamətində görülə biləcək addımlarla diqqət çəkirdi. Xüsusilə ÜST-ün direktorunun cənab president İlham Əliyevə “mən Sizin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyiniz liderliyi alqışlayıram və peyvəndlərin ədalətli şəkildə paylanılması üçün tərəfimizdən daha çox işlərin görülməli olması ilə bağlı fikrinizlə razıyam” deməsi, əlbəttə ki dünya reallığını əks etdirən cavab idi. Bu həm də Azərbaycan dövlətinə bu mübarizədə atdığı addımlara verilən qiymətdir, müsbət reaksiyadır”.

R.Mahmudov onu da qeyd edib ki, ölkəmizin koronavirusla mübarizədə qalib gələcəyinə inanır:

“Əminəm ki, hökümətimiz koronavirus pandemiyası ilə mübarizədə ortaya qoyduğu daxili, beynəlxalq, regional qabaqlayıcı siyasəti bir gün dünya insanlıq və tibb tarixinə qızıl hərflərlə yazılacaq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top