Təhsil naziri ənənəvi dərslərin dayandırılması qərarını ŞƏRH ETDİ

SOSİAL 03 apr 2021, 16:31
Gündəlik yoluxmaların 4-6 faizini müəllimlər təşkil edir.

Demokrat.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, yoluxmaların hər biri məktəbdə baş vermir:

“Yoluxma halları kifayət qədər yüksəkdir və bu şəraitdə müəyyən qərarlar verilməli idi. Bu qərarlar verilərkən qısa, orta və uzunmüddətli hədəflər nəzərə alınıb. Mart ayının 29-dan etibarən üç gün ərzində 61 ümumtəhsil müəssisəsi - 24-ü Bakı, 3-ü Sumqayıt, 5-i Şəkidə olmaqla fəaliyyətini dayandırıb. Biz düşünürük ki, yoluxmaların sayı artdıqca məktəblərin distant təhsilə keçilməsi qaçınılmaz olur”.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top