Millimizin baş məşqçisinin diplomatik pasportu ləğv edildi


İDMAN 03 apr 2021, 12:11
Albaniya hökuməti Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin diplomatik pasportunu ləğv edib.

Demokrat.az xəbər verir ki, Xarici İşlər Nazirliyi italiyalı mütəxəssisdən bu il iyunun 1-dək sənədi təhvil verməsini istəyib.

Qərara münasibət bildirən 65 yaşlı baş məşqçi buna görə təəccübləndiyini söyləyib: "Pasportun vaxtı 2026-cı ildə başa çatacaq. Nəyə görə 5 il öncə onu təhvil verməliyəm? Fikrimcə, absurd qərardır. Həm təəcübləndim, həm də təəssüf hissi keçirdim".

De Byazi bununla bağlı hələ rəsmi bildiriş almadığını vurğulayıb: "Heç bir günah işlətməmişəm və heç vaxt Albaniyanın imicinə xələl gətirməmişəm. Əksinə orada olduğum müddətdə yaxşı işlədiyimi düşünürəm və fürsət tapanda ölkə haqqında yalnız xoş sözlər demişəm. Sənədi qaytarmağımı istəsələr, açıq-aşkar məyus olacağam. Çünki heç bir səbəb tapmıram. Onda belə çıxır ki, həmin vaxt ölkə prezidenti tərəfindən mənə verilmiş "Cəngavər Skenderbeu Ordeni"ni də qaytarmalıyam"?!.

Təcrübəli mütəxəssisin sözlərinə görə, bu sənəd adətən onun sahibi cinayət törətdikdə və ya müxtəlif hərəkətlərlə ölkənin imicinə xələl gətirəndə dövlət orqanlarına qaytarılmalıdır: "Mən bunların heç birini etməmişəm. Hələ heç bir bildirişim yoxdur, amma həqiqətən müddəti 5 ildən sonra başa çatacaq pasportumu qaytarmağımı istəsələr, mütləq izahat tələb edəcəyəm".

Qeyd edək ki, 2011 - 2017-ci illərdə Albaniya millisinə rəhbərlik etmiş Canni De Byaziyə diplomatik pasport yığmanı 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxardığı üçün verilib.(report.az)



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyn 2021, 20:12
Top