Demokratiyanı tapdayan polis, korrupsiyanı sevən məmurlar — Almaniyanı yaxından tanıyaq...

TƏHLİL 31 mar 2021, 11:58
14-17 yaşlı 972, yaşı 13-dən az olan 607 uşaq, ümumilikdə 1500. Bunlar Almaniyaya firavan gələcək arxasınca gedən miqrantların övladlarıdır, amma daha onların gələcəyi yoxdur, çünki bu uşaqlar “yoxa” çıxıb.

Almaniya polisi məsələyə çox laqeyd yanaşır və bildirir ki, “uşaqların yoxa çıxması, onların başına nəyinsə gəlməsi kimi başa düşülməməlidir”. 

Müstəqil media yoxa çıxan miqrant uşaqların orqan mafiyası tərəfindən oğurlandığını yazır, alman polisi bu iddiaları yaxına buraxmaq istəmir.

Almaniya, Avropanın ən korrupsiyalaşmış, bir  qədər də kriminallaşmış ölkəsi kimi tanınır.

Çoxları bu ölkəyə “gözəl həyat” arxasınca gedir, lakin çox az adam istədiyinin heç olmasa bir qisminə nail ola bilir, qalanlarının taleyinə düşən neosasistlərin hücumu, korrupsiyalaşmış məmurlar, soyuq düşərgələr olur.

Avropa Şurası Almaniya üçün korrupsiya ilə mübarizə məqsədilə 20 bəndlik tələb-təklif hazırlayıb, amma alman hökuməti illərdir bunlardan yalnız 4-nə əməl edib. Hətta çox yumşaq olan korrupsiya ilə mübarizə qanunu da tam işləmir. 

Təsadüfi deyil ki, Almaniya Avropada “miqrant alveri”nin ən geniş yayıldığı ölkədir, bunun səbəbi məhz yerli məmurların korrupsiyaya olan sevgisidir.

2017-ci ildən başlayaraq, bu ölkədə miqrant düşərgələrinə qəfil basqınlar şiddətləndi. Minlərlə cinayət faktına baxmayaraq, polis bunları araşdırmaqdan imtina edir.

“Müsəlmanları öldürün” şüarları Almaniyada neonasist qrupların dilindən əskik olmur və əgər siz qeyri-almansınızsa, Berlinin küçələrində rahat gəzə bilməzsiniz. Çünki istənilən an hücuma məruz qalmaq təhlükəniz var.  

İslamafobiyanın pik həddə çatdığı Almaniyada demokratiya və insan haqlarının pozulması da adi hala çevrilib. BMT-nin hazırladığı hesabatlara görə, bu ölkədə insan haqları ilə bağlı bütün istiqamətlərdə pozuntular var.



BMT hesabatlarında Almaniyadakı vəziyyət belə şərh olunur:

"Almaniya hələ də miqrantların və onların ailə üzvlərinin hüquqlarını qoruyan beynəlxalq konvensiyanı ratifikasiya etməyib. Ölkədə insan haqlarının müdafiə mexanizmlərinin effektiv işləməsi üçün hüquqi baza yaradılmır və buna nəzarət olunmur, yerli qanunverici orqanlar bu sahədə heç bir iş görmürlər. 

Almaniyanın irqi ayrı-seçkiliklə mübarizə strategiyası yoxdur. Yerli polis öz işində etnik diskriminasiyaya yol verir. İrqi zəmində törədilmiş cinayətlər lazımınca araşdırılmır. 

Bununla yanaşı, əmək mühacirləri işə düzəlmək istəyəndə, hətta peşəkarlıq səviyyələri yüksək olsa belə, süni yaradılmış əngəllərlə üzləşirlər. Onlar yaşadıqları yerlərdə almanlardan daha çox kirayə haqqı verməyə məcbur edilirlər. Uşaqlarının təhsil almaq hüquqları, xüsusilə də əgər onlar alman dilini bilmirlərsə, kobud şəkildə pozulur. Onlar məktəbdə müəllimlər tərəfindən ayrı-seçkiliyə məruz qalırlar. Müsəlman və türk mühacirlər bu cür problemlərdən daha çox əziyyət çəkirlər. 

Mühacir qadınların vəziyyəti daha da ağırdır: onlar işə düzəlməkdən tutmuş, sosial xidmətlərə qədər bütün sahələrdə ayrı-seçkiliklə üzləşirlər".

İnsanların həyatına müdaxilə də Almaniya üçün spesifik hallardan biridir.

Misal üçün, bu ölkənin telefon və internet şəbəkəsi provayderləri telekommunikasiya məlumatlarını 2 ilə qədər saxlayır, istifadəçilərin şəxsi həyatına müdaxilə edir. Bu müdaxilə Almaniyanın telekommunikasiya qanunu ilə tənzimlənir. O cümlədən, NetzDG (Sosial medianın fəaliyyəti haqqında) qanunu ilə sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırılır. 

Əgər istifadəçi Almaniya hökumətini, yaxud məmuru tənqid edərsə, bu paylaşımlar silinir, hətta bir çox hallarda ümumiyyətlə belə paylaşımların yayımlanması mümkün olmur.

Belə bir ölkə Azərbaycana demokratiya, insan haqları kimi dəyərlərdən “məruzə” deməyə cəhd edir. Absurddur, bir o qədər də gülünc...


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top