Bakının mərkəzi prospektində hərəkət məhdudlaşdırıldı — SON DƏQİQƏ


HADİSƏ 29 mar 2021, 18:47
Bakının Heydər Əliyev prospektində baş verən ağır yol nəqliyyat hadisəsi səbəbindən “Koroğlu” metro stansiyası istiqamətində əsas yolda hərəkət məhdudlaşdırılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumata görə, hazırda “Koroğlu” istiqamətində kənar yolda, eləcə də Xətai prospektindən və Yusif Səfər küçəsindən Heydər Əliyev prospektinə çıxışda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıqla əlaqədar Heydər Əliyev prospektindən keçən bütün marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top