Ceyhun Bayramov Tacikistana getdi

XARİCİ SİYASƏT 29 mar 2021, 11:40
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb.

Bu barədə Demokrat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top