Quşu göydə vuran ƏRƏBLƏR — VİDEO

SOSİAL 26 mar 2021, 14:08
Son illər Azərbaycanda nədənsə hər bahar mövsumundə onlar müzakirə mövzusuna çevirilirlər. Elə bu səbəbdən də haqqında söhbət açacağımız  və son günlərdə quşlara rəhmsiz rəfdarına görə müzakirə mövzusuna çevrilən ərəb şeyxləridir.

Onlar sosial şəbəkələrdə də ciddi müzakirə mövzusuna çevrilirlər. 

Artıq təbiət keşikçiləri də sosial şəbəkələrdə ərəblərə etiraz əlaməti olaraq sosial aksiyaya başlayıblar. 

Bu müzakirələr artıq Kütləvi İnformasiya Vasitələrində də aparılır. 

Əvvala qeyd edək ki, Azərbaycanda ov qaydalarını pozan şəxslərə demək olar ki, hər gün rast gəlinir. Qanunları pozan ovçular Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilirlər. Əksər vaxtlarda onlar cərimə ilə deyil, həbs cəzası ilə cəzalandırılırlar.

Az qala onları təbiətin düşməni kimi qələmə verirlər. Təbii ki, təbiətə qarşı çıxan hər bir şəxs təbiətin düşməni sayılmalıdır. 

Biz təbiətə bəzən "ana" deyirik və bu ifadəni boş yerdən işlətmirik. 

Bəs nəyə görə, son illər Azərbaycanda daim adları quş ovlamaqla gündəmə gələn ərəblər həbs olunmurlar?(mediapost.az)
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top