Özünü Kürə atan şəxs xilas olundu

HADİSƏ 22 mart 2021, 18:41
Bu gün Mingəçevir şəhərində özünü Kür çayına atan şəxs xilas olunub.

1954-cü il təvəllüdlü şəhər sakini Bayramov Qəzənfər Əlləz oğlu özünü Kür çayına atıb.

Qeyd edək ki, batmaqda olan kişini iki gəzinti qayığını idarə edən şəxslərin çevik müdaxiləsi nəticəsində xilas etmək mümkün olub.

Qayıqçılar Qardaşəli İmanov və Fərid Əkbərovun birgə səyi nəticəsində Q. Bayramov sudan çıxarılıb. Q.Bayramov xəstəxanaya yerləşdirilib.(yeniavaz.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 17:13
Top