Bu ilin yanvar-may aylarında Azərbaycan 23 ölkədən 2 milyard 940,2 milyon ABŞ dolları dəyərində 30 min 875 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Razi Abasbəyli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanın qızıl alışını artırması həm maliyyə, həm də strateji baxımdan məqsədyönlü addımdır:
“Burada əsas məqsədlərdən biri valyuta ehtiyatlarının daha sabit və dəyərini qoruyan formada yəni qızıl şəklində saxlanılmasıdır. Bu, xüsusilə inflyasiya risklərinin artdığı, geosiyasi qeyri-müəyyənliklərin çoxaldığı dövrdə əhəmiyyət kəsb edir. İsveçdən ilk dəfə qızıl alınması həm də ölkənin diversifikasiya siyasətinin tərkib hissəsidir. Skandinaviya mənşəli qızılın yüksək keyfiyyəti və etibarlılığı nəzərə alınaraq, Azərbaycan bu addımı həm maliyyə sabitliyi, həm də potensial texnoloji və sənaye istifadəsi üçün atır. Eyni zamanda bu, İsveçlə gələcəkdə daha geniş iqtisadi əməkdaşlıq üçün zəmin yarada bilər. Ümumilikdə, Azərbaycan da qlobal tendensiyalara uyğun olaraq qızılı həm ehtiyat forması, həm də sənaye resursu kimi önə çıxarır”.
Ekspert əlavə edib ki, qızıl, sabit və etibarlı aktiv kimi, inflyasiya və maliyyə risklərinə qarşı sığorta rolunu oynayır:
“Azərbaycan valyuta ehtiyatlarının bir hissəsini məhz bu məqsədlə qızıl formasında saxlayır. Qlobal geosiyasi və iqtisadi qeyri-müəyyənliklər fonunda bir çox ölkələr kimi, Azərbaycan da qızıl ehtiyatlarını artırmaqla sabit maliyyə dayanıqlığını təmin etməyə çalışır. Azərbaycan hazırda əsasən Avstraliyadan qızıl idxal edir. İsveçdən alınan qızıl ehtiyatlar isə bu müxtəlifliyi artırır. Qızıl yalnız ehtiyat kimi deyil, eyni zamanda elektronika və digər sənaye sahələrində də geniş istifadə olunur. Bu da qızılın strateji əhəmiyyətini artırır”.
Leyla Turan
Demokrat.az