Yeni işıqfor qoyulan prospektdə təcili yardım maşını yolda qaldı — VİDEO

HADİSƏ 17 iyul 2025, 16:35

Ötən gün Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkilində edilən dəyişiklik sürücülər arasında narahatlığa səbəb olub.

Demokrat.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Sürücülər yeni quraşdırılan işıqforun tıxaca səbəb olduğunu, təcili yardım avtomobilinin sıxlıqda qalaraq keçə bilmədiyini bildiriblər.

Qeyd edək ki, ötən gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakının Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkili üzrə dəyişiklik edib. Dəyişikliyə əsasən, ərazidə işıqfor obyektləri quraşdırılıb və onların fazaları müəyən edilib, müvafiq nişanlanma işlərinin təşkili həyata keçirilib.

Baku TV-yə istinadən həmin görüntüləri təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top