YapiKredi Müraciət Forması
Hadisə

Goranboyda qəzada ölən və xəsarət alanların kimliyi AÇIQLANDI

Goranboyda qəzada ölən və xəsarət alanların kimliyi AÇIQLANDI

Goranboyda ağır qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı Daşkəsən rayonunun Bayan kəndində qeydiyyatda olan 1958-ci il təvəllüdlü Nəsibə Nağıyevanın idarə etdiyi “Hyundai” markalı, 77 HD 580 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü və nəvəsi 2018-ci il təvəllüdlü F.Məmmədli hadisə yerində dünyasını dəyişib.

Sürücünün digər nəvələri - 2016-cı il təvəllüdlü Ə.Məmmədli və 2021-ci il təvəllüdlü A.Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax rayon xəstəxanasına çatdırılıb.

Sürücünün qızı, 1990-cı il təvəllüdlü Ayşən Məmmədlinin yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova