Ümumiyyətlə, istilik təchizatı haqqında qanuna edilən dəyişiklikdən əvvəl də fərdi qaydada çoxmənzilli binalarda istilik sistemlərinin quraşdırılması mümkün idi. Yəni, bu sadəcə istilik təchizatı sistemin sahəsində tənzimləmə, nəzarətin təşkili, monitorinq, qaydaların dəqiqləşdirilməsi ilə çərçivəni müəyyən edən qanun layihəsidir."
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
O bildirib ki, bu qanun layihəsi ilə çoxmənzilli binalarda fərdi qaydada istilik təchizatı sistemlərinin quraşdırılması layihələndirilmə mərhələsindən nəzarətə götürüləcəkdir:
"Əgər bina ümumi istilik təchizatı sistemi ilə təmin edilmirsə və binada fərdi istilik təchizatı sistemləri quraşdırılırsa, bu zaman həmin sistemlərə münasibətdə müvafiq fərqli standartların tətbiq edilməsi və uyğun şəraitin yaradılması məsələsi nəzarətə götürüləcək. Bu, planlama mərhələsindən başlayacaq və mövsümdən asılı olaraq sonrakı mərhələlərdə istifadə prosesi zamanı da monitorinq olunacaq, nəzarətdə saxlanacaq. Layihə təhlükəsizlik riskləri, qəzaların qarşısının alınması, enerjinin səmərəli istifadəsi və ümumilikdə binaların infrastrukturunun enerji qənaətli formalaşdırılması məqsədi daşıyır".
İqtisadçının sözlərinə görə, qanun layihəsi həm ümumi, həm də fərdi istilik təsisatı sistemləri üzrə nəzarət, tənzimləmə, monitorinq və satış qaydalarının hüquqi çərçivəsini müəyyənləşdirir:
"2028-ci ildən sonra özəl sektor tərəfindən təqdim edilən istilik xidmətlərinin qiymətlərinə nəzarət mexanizmləri də nəzərdə tutulur.
Ümumilikdə bu, səmərəliliyin artırılması və aidiyyəti qurumlar tərəflərin hüquq və vəzifələrinin dəqiqləşdirilməsi məqsədilə hazırlanmışdır."
Əfsanə Kamal
Demokrat.az