Qabiliyyət imtahanını əvəz edəcək proses yalnız onlayn qaydada ola bilər — Ekspert

SOSİAL 17 iyul 2025, 17:35
Son vaxtlar ali məktəblərə qəbul prosesində bəzi ixtisaslar üzrə qabiliyyət imtahanlarının ləğv ediləcəyi ilə bağlı müzakirələr aparılır. Xüsusilə jurnalistika sahəsində bu məsələ aktuallaşıb. Bəziləri hesab edir ki, bu sahəyə qəbul zamanı qabiliyyət yoxlaması mütləqdir, digərləri isə bu imtahanın artıq dövrün tələblərinə cavab vermədiyini bildirir.

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında deyib ki, ali təhsil müəssisələrinin 5-ci ixtisas qrupuna daxil olan bütün ixtisaslar xüsusi qabiliyyət imtahanı tələb edir:

“Bunlara təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman ixtisasları daxildir.  Bundan əlavə, 1-ci ixtisas qrupunda yer alan memarlıq ixtisası və 3-cü ixtisas qrupunda yer alan jurnalistika ixtisası da qabiliyyət imtahanı tələb edir.  Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı abituriyentlərin yazı bacarığını və təhlil qabiliyyətini yoxlamaq məqsədi daşıyır. Bu imtahan zamanı abituriyentlərə müəyyən mövzu üzrə inşa yazmaq təklif olunur. İnşanın qiymətləndirilməsi zamanı mövzunun başa düşülməsi, fikir və düşüncələrin aydın və məntiqli ifadə olunması, yazı savadı və digər meyarlar nəzərə alınır. Qabiliyyət imtahanı abituriyentlərin jurnalistika sahəsinə olan marağını və bu sahədəki potensialını müəyyən etmək məqsədi daşıyır. Bu imtahanın keçirilməsi, jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin bu sahəyə olan həvəsini və bacarığını qiymətləndirmək üçün vacibdir. Müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı yekun bal və ya qəbul imtahanında topladığı ümumi bal əsasında aparılır”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top