"Bu məsələni Milli Məclisin Aqrar Komitəsinin sədrinə, İqtisadiyyat Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə yönləndirmək lazımdır. Əvvəl dövlət məmurları buna cavab versin. Ölkədə effektiv kənd təsərrüfatı siyasəti həyata keçirilmir. Heyvandarlıq sahələri son 10 ildə təzyiqlə vətəndaşlardan alınıb, pambıqçılığa verilib. Halbuki o da özünü doğrultmur. Ölkəmizə Ukraynadan, Rusiyadan külli miqdarda ət daxil olurdu. Müharibələr və s. bunların qarşısını aldı. Ölkədə heyvandarlığın yem bazası bərbad vəziyyətdədir. İldən-ilə yem bahalaşır. Üstəlik heyvandarlıqla məşğul insanlar kənd təsərrüfatından imtina edir. Heyvan yemi yetişdirmək üçün suvarma torpaqları müəyyən qrupların əlində birləşdirilib və effektiv suvarma sistemi yox dərəcəsindədir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib.
O bildirib ki, ölkəyə hazırda Monqolustandan külli miqdarda ət daxil olur:
"Bu yaxınlara qədər Ukraynadan da mal əti daxil olurdu. Üstəlik heyvan bazarlarında satıcı-alıcı subyektindən başqa 3-cü bir subyekt olan alverçilər subyekti də meydana çıxıb. Onların vasitəçiliyi olmasa, heç kim heyvan sata bilmir. Üstəlik, Qida Təhlükəsizliyi Agentliyi heyvanların mərkəzləşdirilmiş kəsilməsini tələb edir. Bu lazımdır, lakin rüsumlar ətin qiymətinə təsir edir.
Ölkədə ət bolluğu yaratmaq siyasətini yerinə yetirən insanlar çox primitiv bir üsul yaradıblar. Onlar təbliğat aparırlar ki, cavan heyvanın əti zərərlidir, yeyilməməlidir. Məsələn, Qida Təhlükəsizliyi Agentliyində işləyən biri mənə səs göndərdi ki, rayona gedəndə qocamış xoruz əti yeyir, beçə əti faydalı deyil. Onda belə çıxır ki, vaxtilə dədələrimizin yemədiyi yorulmuş öküzləri buraxırlar təbiətə ki, nə olur olsun. Bu, anormal, primitiv yanaşmadır".
O qeyd edib ki, bu yaxınlarda İspaniyada 10 kiloluq quzu ətinin çox baha qiymətə satıldığını gördüm:
"Yəni dünyanın hər yerində cavan heyvan əti üstün hesab olunur. Effektiv kənd təsərrüfatı siyasəti aparmaq lazımdır. Ancaq “o pisdi, onu yeməyin” demək gülüncdür. Belə primitiv, gülünc yanaşmalar əlbəttə ki, insanda təəccüb və ikrah doğurur.
Ölkədə effektiv kənd təsərrüfatı siyasəti aparılmalıdır. Meqa firmalar yaranmalıdır. İşğaldan azad olunmuş torpaqlarda meqa firmalar yaranarsa, yaxın 8 ildə Azərbaycan özünü tamamilə ətlə təmin edə biləcək. Bütün bu səbəblərə görə ətin qiyməti durmadan artır və bu tendensiya davam edəcəkdir".
Əfsanə Kamal
Demokrat.az