Kredit ödənişlərini vaxtında etmədikdə, borcalan “defolt” vəziyyətinə düşür və bu, onun maliyyə etibarını ciddi şəkildə zədələyir. Lakin bu vəziyyətdən çıxmaq mümkündür və müəyyən addımlar atmaqla kredit tarixçəsini bərpa etmək olar.
İqtisadçı Fuad İbrahimov Demokrat.az-a açıqlamasında deyib ki, kredit ödənişləri vaxtında etmədikdə borcu olan şəxs defolt vəziyyətinə düşür fikri tamamilə düzgün deyil:
“Birincisi, borcu qaytarmamağın müxtəlif səbəbləri ola bilər. Buna şəxsi problemlər, məsuliyyətsizlik və ya işin düz gətirməməsi aiddir. Amma “defolt” anlayışı ilə bağlı məsələni aydınlaşdırmaq lazımdır. Əvvəla, fiziki şəxs üçün “defolt” anlayışı düzgün deyil. Əgər fiziki və ya hüquqi şəxs sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, o zaman yalnız “müflis” statusunu ala bilər. Bunun üçün isə “Müflisləşmə haqqında” qanuna uyğun şəkildə müvafiq prosedurlar keçilməlidir. Yəni, dövlətin nəzarət orqanları tərəfindən bu prosedurlar təsdiqləndikdən sonra həmin şəxs rəsmi olaraq müflis elan oluna bilər və bu halda kredit öhdəliklərindən azad edilə bilər. Amma belə bir prosedur keçilmədən sadəcə “mən müflisləşdim, kreditimi qaytara bilmirəm” deməklə məsuliyyətdən qaçmaq mümkün deyil. Hər bir şəxs öz kredit öhdəliyinə ciddi yanaşmalıdır. Əgər real müflislik vəziyyəti varsa, bu qanuni yollarla təsdiqlənməlidir. Əks halda, həmin şəxs kredit tarixçəsində problemli borcalan kimi qeyd olunacaq və bu onun gələcək maliyyə imkanlarını məhdudlaşdıracaq”.
Leyla Turan
Demokrat.az