Millimiz bu gün ilk oyununa çıxacaq

İDMAN 05 sentyabr 2025, 08:44
Azərbaycan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.

Demokrat.az xəbər verir ki, komanda D qrupunun matçında İslandiya ilə qarşılaşacaq.

Görüşün start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.

Qarşılaşmanı Niderlandan olan FIFA referisi Sander van der Eyk idarə edəcək.

DÇ-2026 seçmə mərhələ

I tur

5 sentyabr

D qrupu

22:45. İslandiya - Azərbaycan

Baş hakim: Sander van der Eyk (Niderland).

Reykyavik, "Lauqardalsvöllur".

Qeyd edək ki, Azərbaycanın qrupdakı digər rəqibləri, Ukrayna və Fransa yığmaları da bu gün Bakı vaxtı ilə saat 22:45-də üz-üzə gələcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top