Bakının hansı küçələrində sıxlıq var?

SOSİAL 05 sentyabr 2025, 08:30
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Demokrat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

4. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən akad. Həsən Əliyev küçəsi istiqamətində;

5. Birinci Göl kənarı küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Binəqədi şosesi, mərkəz istiqamətində;

7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top