Peyvənd cədvəlinə yeni peyvənd əlavə olunacaq: Qadınlar üçün vacibdir

SOSİAL 17 iyul 2025, 17:44
"Hazırda ən ağır ginekoloji-onkoloji xəstəliklərdən sayılan uşaqlıq boynu xərçəngi  HPV virusu tərəfindən törədilir. Xəstəliyin müalicəsi uzunmüddətli, ölüm riski isə böyükdür. Eyni zamanda böyük xərc tələb olunur. 

HPV virusunun yayılması ona qarşı  peyvəndin vurulmasını qaçılmaz edir.  Öncə effektiv peyvəndin əldə olunması tibbin qarşısında duran aktual məsələdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib. 

Həkim bildirib ki, xəstəliyin peyvəndi inkişaf etmiş ölkələrdə 10-15 il əvvəl tətbiq olunmasına baxmayaraq nəticələrə baxmaq lazımdır:

"Peyvəndin istifadəsindən beş il sonra epidemioloji tədqiqat aparılıb. Statistika göstərib ki, HPV virusuna qarşı peyvənd əhəmiyyətli dərəcədə müsbət nəticə verib. Bu, həm əhalinin sağlamlığı baxımından sığortadır həm də ölüm halının azaldılması baxımından sığortadır. Peyvənd istehsalı xərcləri dövlət üçün alternativ xərclərlə müqayisədə çox aşağıdır."


Qeyd edək ki, ÜST-nın Azərbaycan nümayəndəliyi bir neçə il ərzində HPV-ə qarşı peyvəndin milli peyvənd cədvəlinə daxil edilə biləcəyini açıqlayıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top