Putin: "Dünən tanışlarımdan biri pandemiya ilə bağlı mənə dedi ki..."

DÜNYA 04 mar 2021, 18:02
Rusiya prezidenti Vladimir Putin Kremldə baş tutan görüşlərindən biri barədə məlumat verib.

Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin dünən gec saatlarda Kremldə tanışlarından biri ilə görüşdə koronavirus pandemiyası ilə bağlı müzakirə apardığını deyib: "O xarici vətəndaşdır, işlə bağlı Rusiyaya gəlmişdi. Ümumrusiya qarşılıqlı yardım aksiyasının iştirakçıları ilə görüşdə bir yerdə idik. Mənə dedi ki, “Moskvaya gəldiyimdə çox təəccübləndim. Moskvada həyat davam edir. Bizim də böyük şəhərlərimiz var ancaq, küçələrdə avtomobillər nadir hallarda görünür. Demək olar ki, bütün obyektlər bağlıdır. İnsanlar küçələrə çıxmır".

Daha sonra Putin Moskvada pandemiya ilə bağlı qərarların yerində verildiyinə diqqət çəkib. Putinin tanışının kim olduğu isə açıqlanmayıb. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top