Deputat Sabir Hacıyev: "Aş, bozartma, buğlamanı o qədər dadlı bişirirəm ki..."

SOSİAL 02 mar 2021, 10:35
"Subay adamam. Evdə yeməklərimi də özüm hazırlayıram. Ən yaxşı iki, ya da üç aşpaz varsa, onlardan biri mənəm".

Bunu Milli Məclisin deputatı Sabir Hacıyev yerli KİV-nə verdiyi müsahibəsində deyib.

"Aş, bozartma, buğlamanı o qədər dadlı bişirirəm ki, məni tanıyanlar restorana yox, evimə qonaq gəlir. Dünya mətbəxinin təamlarını də çox dadlı hazırlaya bilirəm. Bir sirr açım: yeməkləri sevgi ilə, məhəbbətlə bişirdiyimdən çox dadlı alınır. Hətta bəzi aşpazlar da bir neçə dəfə necə dadlı yemək bişirdiyimin şahidi olub. Əti necə səliqəli doğradığımı da söyləyə bilərəm. Mətbəx sevgim uşaq yaşlarımdan formalaşıb. Yadımdadır ki, vaxtilə müxtəlif vəzifələrdə işləsəm də, bazarlığı heç vaxt sürücünün öhdəsinə buraxmamışam. Çox yaxşı bazarlıq etmək bacarığım da var", - deyə deputat bildirib.(modern.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top