"Rüşvət və korrupsiyanı aradan qaldırmaq istəyiriksə, onlarla yollarımızı ayırmalıyıq"

SOSİAL 26 fev 2021, 23:32
Prezident İlham Əliyevin bugün keçirdiyi mətbuat konfransı çox böyük marağa səbəb olub. Media əməkdaşlarının suallarını cavablandıran ölkə başçısı, açıqlamalarında bir çox məqamlara toxunub ki, bunlardan da biri məmurların öz işini şəffaf və vicdanla yerinə yetirməsinin vacibliyi ilə bağlıdır. Prezident İlham Əliyev bir daha məmurlara xəbərdarlıq edərək bildirb ki, “kim yeni qaydalarla, düzgün və şəffaf işləməsə, məsuliyyətə cəlb ediləcək”.

Moderator.az-a açıqlamasında ölkə başçısının məlum açıqlamasını şərh edən millət vəkili Vahid Əhmədov, bugünkü mətbuat konfransının bütün aspektlərdən mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:

“Ölkə başçısı 4 saat 10 dəqiqədən çox çəkən bugünkü mətbuat konfransında son dərəcə vacib məsələlərə toxundu, əsasən x arici media nümayəndələrinin çoxsaylı suallarını cavablandırdı. Ölkə başçısı həm Xankəndi məsələsi ilə bağlı öz iradəsini ortaya qoydu, həm status məsələsi ilə bağlı bir daha öz qəti fikrini bildirdi, həm də gələcəklə bağlı planlardan, görülən və görüləcək işlrədən bəhs etdi.

Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərinə də toxundu. Bildirdi ki, Türkiyə ilə əməkdaşlıq davam və inkişaf etdirilir. Hansı ki, bura hərbi əməkdaşlığın inkişafı da daxildir. Çünki Türkiyə Azərbaycana qardaş ölkədir və Azərbaycanın müstəqilliyinin daimi olmasını istəyir. Türkiyə Vətən Müharibəsində də Azərbaycana həm mənəvi, həm də diplomatik baxımdan ciddi dəstək verdi.Odur ki, Türkiyənin mövqeyi izim üçün hər zaman önəmlidir.

Təbii ki, məmurların öz işinə vicdanla yanaşması da ciddi məsələdir. Ölkə başçısı zaman-zaman bununla bağlı ciddi mesajlar verib. Bu mesajlardan irəli gələn məsələlərlə bağlı konkret addımlar atılıb və yəqin ki, gələcəkdə də bu, davam etdiriləcək. Biz demokratiyanı inkişaf etdirmək, rüşvət və korrupsiyanı aradan qaldırmaq istəyriiksə, o zaman belə insanlarla bir yerdə addımlata bilmərik.

Indi yeni menecerlər  fəaliyyətə başlayıb. Hesab edirəm ki, müəyyən səhvləri də olsa, onlar kifayət qədər korrupsiyadan uzaq adamlardır. Vaxt gələcək, onlar da püxtələşəcək və Azərbaycanın ictimai-siyasi həyatında, iqtisadiyyatında çox böyük rol oynayacaqlar. Buna görə də hesab edirəm ki, hüquq-mühafizə orqanları öz işlərini davam etdirməlidirlər. Harada neqativ hallar varsa, bunlar ciddi şəkildə araşdırılmalıdır. Dövlətin vəsaitini talayan şəxs, kimliyindən asılı olmayaraq, cəzadan kənarda qalmamalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top