Fransanın tanınmış klubu baş məşqçisini dəyişdi

İDMAN 11 fev 2021, 23:01
Fransanın "Nant" komandasının yeni baş məşqçisi bəlli olub.

Demokrat.az xəbər verir ki, bu vəzifəyə PSJ-nin keçmiş baş məşqçisi Antuan Kombuare təyin edilib.

O, istefaya göndərilən Raymon Domeneki əvəzləyib.

Qeyd edək ki, Antuan Kombuare daha əvvəl "Strasburq", "Valansyen", "Lens", "Genqam", "Dijon" və "Tuluza" klublarının baş məşqçisi olub. "Nant" Liqa 1-də 16 oyundur qalib gələ bilmir. Komanda hazırda 19 xalla 18-ci yerdədir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top