Məhərrəm İncə CHP-dən istefa verəcəyini açıqladı

DÜNYA 08 fev 2021, 18:54
Məhərrəm İncə Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verəcəyini açıqlayıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məhərrəm İncə bu barədə mətbuat konfransında açıqlama verib:
“Bu gün bir yol ayrıcındayam. ABŞ-dan demokratiya diləyənlərlə, idarəçi olaraq Atatürkə kafir deyənlərlə və seçkiləri ləğv edənlərlə yollarımı ayırıram”.

İncə əvvəlcədən xəbər verdiyi yeni siyasi partiyadan da danışıb:

“Yeni bir yola çıxırıq. Hədəfimiz qalibiyyətdir. Ad, loqo, hər şey hazırdır. “İYİ” Partiyasından sonra parlamentdə ən çox millət vəkili olan partiya olacağıq. Komandamızda siyasətdə təcrübəli dostlarımız var. Çox qısa müddətdə ən azı 60 bölgədə təşkilatlanacağıq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top