Polis yeniyetmə qızı xilas etdi

HADİSƏ 08 fev 2021, 15:39
Polis bağlı qapı arxasında, huşsuz vəziyyətdə boğulub qalan yeniyetmə qızı xilas edib.

Demokrat.az
xəbər verir ki, Mingəçevir 20 Yanvar küçəsi, 33 saylı binanın mənzillərindən birində qazdan boğluma hadisəsi baş verib.

Hadisə zamanı evdə olan yeniyetmə bacısının vanna otağında səssiz qaldığını görən kimi küçəyə çıxaraq polis əməkdaşlarını köməyə çağırıb. 

Vanna otağının qapısını qıraraq içəri daxil olan polislər dəm qazından boğularaq huşsuz vəziyyətdə qalan təxminən 15 yaşlı qızı aşkar edib. 

Onlar təcili olaraq ağır və halsız durumda olan yeniyetməni xəstəxanaya çatdırıb. Məlumata görə, boğulmaya küləkli hava şəraitində dəm qazının geriyə otağa yayılması səbəb olub. Hazırda qızın vəziyyəti qənaətbəxşdir. Xəstəxanadan evə buraxılıb.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top