"Real Madrid"in kapitanı əməliyyat olunacaq

İDMAN 06 fev 2021, 19:33
spaniyanın "Real Madrid" komandasının futbolçusu Serxio Ramos əməliyyat olunacaq.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi dizindəki narahatlığa görə cərrahi müdaxiləyə ehtiyac duyub.

"Kral klubu"nun kapitanı aprel ayından tez yaşıl meydanlara qayıda bilməyəcək.

Qeyd edək ki, Serxio Ramosun "Real Madrid"lə müqaviləsi bu ilin yayında başa çatacaq. O, 2005-ci ildən Madrid təmsilçisinin formasını geyinir. Müdafiəçi La Liqada 14 matçda iştirak edib və 2 qol vurub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top