YapiKredi Müraciət Forması
Region

Ərdoğanın sabiq baş müşaviri saxlanıldı

Ərdoğanın sabiq baş müşaviri saxlanıldı

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş deputatı, sabiq Baş nazirin baş müşaviri Ertan Aydın fond araşdırması çərçivəsində saxlanılıb.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı fond araşdırması çərçivəsində Qiymətli Kağızlar Bazarları Şurasının (SPK) təqdim etdiyi hesabatlar və yazılı müraciətlər araşdırılıb. Nəticədə 31 şübhəli barəsində saxlanılma qərarı verilib.

Əməliyyatın ilk mərhələsində 26 nəfər saxlanılıb. Oktyabrın 22-də isə axtarışda olan daha 5 şübhəli, o cümlədən Ertan Aydın, Abdullah Dal, Fahri Uğur, Hakan Eryılmaz və Seda Tarım saxlanılıb. Bununla da iş üzrə saxlanılanların sayı 31-ə çatıb.

Ertan Aydın kimdir?

1971-ci ildə Türkiyənin Ərdahan şəhərində anadan olub. Ertan Aydın ibtidai təhsilini Almaniyada, orta və tam orta təhsilini isə İstanbulun Kiçikçəkməcə rayonunda alıb.

Orta Doğu Texniki Universitetində bakalavr təhsili alan E.Aydın Bilkənd Universitetinin Siyasi elmlər və dövlət idarəçiliyi kafedrasında doktorluq dərəcəsi qazanıb.

E.Aydın 2012-2014-cü illərdə həmin vaxt Baş nazir olan Rəcəb Tayyib Ərdoğanın, 2014-2015-ci illərdə isə Əhməd Davudoğlunun baş siyasi müşaviri vəzifəsində çalışıb. (savashmedia.az)