YapiKredi Müraciət Forması
İdman Özəl

İsmail Kartalın "Fənərbağça"dakı gələcəyi bu oyundan asılıdır

İsmail Kartalın Fənərbağçadakı gələcəyi bu oyundan asılıdır

Türkiyənin "Fənərbağça" klubunda baş məşqçi İsmail Kartalın gələcəyi sual altına düşüb. Təcrübəli mütəxəssisin taleyini bazar ertəsi "Qalatasaray"la keçiriləcək derbinin nəticəsinin müəyyənləşdirəcəyi iddia olunur.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Mövsümə gözlənilən səviyyədə başlamayan İstanbul təmsilçisi UEFA Çempionlar Liqasında da uğursuz nəticələrlə üzləşib. Komanda "Aston Villa"ya 0:6 hesabı ilə ağır məğlub olduqdan sonra öz meydanında "Slaviya Praqa" ilə qarşılaşıb. İki top fərqi ilə önə keçən "Fənərbağça" üstünlüyünü qoruya bilməyib və matç 2:2 hesabı ilə başa çatıb.

Son dəqiqələrdə buraxılan qol azarkeşlərin narazılığına səbəb olub. Tərəfdarlar İsmail Kartalı istefaya çağırıblar. Baş məşqçi isə diqqətini "Qalatasaray"la qarşılaşmaya yönəltdiyini bildirib.

Məlumata görə, bazar ertəsi "Rams Park" stadionunda keçiriləcək derbi həm komandanın çempionatdakı gələcək mövqeyi, həm də Kartalın taleyi baxımından həlledici ola bilər. Mümkün məğlubiyyət baş məşqçi dəyişikliyini gündəmə gətirə bilər.

Xəbərdə İsmail Kartalın əvəzlənməsi ehtimalı yaranacağı təqdirdə ilk namizədin Türkiyə millisindən ayrılmış Vinçenso Montella olduğu iddia edilir. Bununla belə, məşqçi dəyişikliyi ilə bağlı hələlik rəsmi qərar açıqlanmayıb.

Jalə