YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

"Akasya Durağı"nın Diləyi i illər sonra gündəmdə: Son görüntüsü diqqət çəkdi - FOTOLAR

Akasya Durağının Diləyi i illər sonra gündəmdə: Son görüntüsü diqqət çəkdi - FOTOLAR

Türkiyənin məşhur "Akasya Durağı" serialında Dilək obrazı ilə tanınan aktrisa Pelin Sönmez uzun müddətdir ekranlardan uzaq həyat sürür. Aktrisanın sosial şəbəkədə paylaşdığı son fotoları isə yenidən müzakirələrə səbəb olub.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Onedio" nəşri yazıb.

2008-2012-ci illərdə yayımlanan "Akasya Durağı" serialında Pelin Sönmez Osman Ağanın qızı Dilək obrazını canlandırıb. Evlənmək istəyi və bu səbəbdən atası ilə tez-tez yaşadığı mübahisələrlə yadda qalan obraz serialın unudulmayan personajlarından biri olub.

2018-ci ildə ailə həyatı quran aktrisa 2023-cü ildə boşanıb. Sönmez bir müddət əvvəl İstanbulun Nişantaşı rayonunda jurnalistlərin suallarını cavablandırarkən vaxtının böyük hissəsini xaricdə keçirdiyini, Türkiyəyə isə gedib-gəldiyini bildirmişdi.

Hazırda fəal şəkildə aktyorluqla məşğul olmayan Sönmez gələcəkdə yenidən kamera qarşısına keçə biləcəyini də istisna etməyib. O, hər il ən azı bir filmə çəkilmək istədiyini söyləyib.

Aktrisanın sosial şəbəkədə yayımladığı yeni fotoları izləyicilərin diqqətini çəkib. Paylaşımlarda onun yanında görünən şəxslə səmimi pozları da maraq doğurub. Bəzi izləyicilər bu görüntüləri yeni münasibətin əlaməti kimi qiymətləndirsələr də, Pelin Sönmez məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

Akasya Durağının Diləyi i illər sonra gündəmdə: Son görüntüsü diqqət çəkdi - FOTOLAR

Akasya Durağının Diləyi i illər sonra gündəmdə: Son görüntüsü diqqət çəkdi - FOTOLAR

Jalə