Bakıda 23 yaşlı gənci naməlum şəxs bıçaqladı

KRİMİNAL 06 fevral 2021, 08:30
Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Səfərli Təbriz Hafiz oğlu naməlum şəxs tərəfindən evlərinin yaxınlığında bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
Top