“Hazırda Ermənistanın ordusu yoxdur” — Ovanisyan


DÜNYA 28 yan 2021, 16:10
“Hazırda ordumuz yoxdur. Ona görə də silahlı qüvvələr günü münasibətilə ordunu təbrik etməyəcəm”.

Azvision.az xəbər verir ki, bunu "Analitik.am" saytının baş redaktoru Ani Ovanisyan deyib. O bildirib ki, indi ermənilərin ordusu mövcud deyil və olmayan şeyi də təbrik etməzlər.

Ovanisyan, həmçinin qeyd edib ki, müharibənin ilk günündən onu narahat edən bir sual olub. Necə oldu ki, rəhbərlik “güclü” ordu üçün heç nə etmədi. Jurnalist daha sonra bildirib ki, ola bilsin, bunun obyektiv səbəbləri var:

“Səbəbi bilmirəm, amma bu baş vermədi. İstənilən halda bizdə olmayan şeyi təbrik edib, özümüzü aldatmayaq. Biz özümüzü aldatmaqla faciəvi nöqtəyə gəlib çıxdıq".

Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top