Türkiyədə son gündə koronavirusdan 140 nəfər ölüb


DÜNYA 24 yan 2021, 23:17
Son sutka ərzində Türkiyədə yeni növ koronavirusdan (COVID-19) 140 nəfər ölüb. 

Bu barədə məlumat verən Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 277 nəfər COVID-19 infeksiyasına yoluxub.

Son 24 saatda yeni növ koronavirusdan sağalan xəstələr 5 860, ağır xəstələr isə 105 nəfər olub. 

Bununla da Türkiyədə indiyə qədər yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 429 605 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 307 721 nəfər sağalıb, 25 073 nəfər isə ölüb.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top