Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

İDMAN 23 yan 2021, 21:17
Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub.

"Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib.

54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib: "Mesutla bağlı hər şey qaydasındadır. Hazırda məcburi olaraq karantindədir. Bundan sonra müqavilə ilə bağlı işlər görüləcək. Hər şey plana uyğun gedərsə, çərşənbə axşamı onunla sözləşmə imzalanacaq".

Ali Koç 33 yaşlı yarımmüdafiəçinin sabah axşam məşqlərə qoşulacağını sözlərinə əlavə edib: "Onun nə vaxt oynayacağına baş məşqçi qərar verəcək. Düşünürəm ki, iki həftə sonra yavaş-yavaş matçlarda iştirak etməyə başlayacaq".

Qeyd edək ki, Mesut Özil 2013-cü ildən "Arsenal"da çıxış edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top