Naxçıvan sakini əsgərlik yoldaşına, onun qohumlarına və tanışlarına qarşı cinayət törətdi — Şok faktlar

KRİMİNAL 22 yan 2021, 11:41
Masallı rayonunda dələduzluq etməkdə təqsirli bilinən Naxçıvanın Babək rayonun Qahab kənd sakini, 1974-cü il təvəllüdlü İntiqam Maxsudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İntiqam Masxudov tamah niyyəti ilə özgənin əmlakını və ya əmlakına olan hüquqlarını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədilə əsgərlik yoldaşı Bulud Qasımovun qohumu olan İsabala Sadıqovun oğlunun alimentlə bağlı problemini həll edəcəyini yalan vəd verib.

Razılaşdıqdan sonra İsabala Sadıqovun “Azerpoçt” MMC-nin Masallı rayon filialından 14 avqust 2018-ci il tarixdə İintqiam Maxsudovun adına göndərdiyi 710 manat pulu Naxçıvan MR-nın Babək rayonu ərazisində yerləşən poçt filialından, 18 avqust 2018-ci il tarixdə isə göndərdiyi 110 manat pulu Beyləqan rayonu ərazisində yerləşən poçt filialından götürüb.

Bundan başqa, o, əsgərlik yoldaşı Bulud Qasımovun qohumu olan Ruhiyyə Cəfərova ya pensiya düzəldəcəyini yalan vəd verib. Aldatma yolu ilə Ruhiyyə Cəfərovanın “Azerpoçt” MMC-nin Masallı rayon filialından 25 sentybar 2018-ci il tarixdə onun adına göndərdiyi 200 manat pulu Füzuli rayonu ərazisində yerləşən poçt filialından, qabaqcadan hər hansı bir cinayət əlaqəsinə girmədiyi Bulud Qasımovun Ruhiyyə Cəfərovaya məxsus 21 sentyabr 2018-ci il tarixdə göndərdiyi 100 manat pulu, 24 sentyabr 2018-ci il tarixdə göndərdiyi 500 manat pulu, 27 sentyabr 2018-ci il tarixdə göndərdiyi 140 manat pulu, 28 sentyabr 2018-ci il tarixdə isə göndərdiyi 160 manat pulunu vahid niyyətlə Naxçıvan MR-nın Babək rayonu ərazisində yerləşən poçt filialından götürüb.

Bununla da, İnqiam Maxsudov Ruhiyyə Cəfərovanın etibarından sui-istifadə edib onu aldadaraq ümumilikdə 1100 manat pulunu ələ keçirib.

Daha sonra İntiqam Maxsudov əsgərlik yoladaşı Bulud Qasımovun qohumları – Nazlı Cəfərovanı, sonuncunun bacısı Güldərən Cəfərovaya pensiya düzəldəcəyi adı ilə aldadıb, onların hər birinin 1500 manatını dələduzluq yolu ilə ələ keçirib, vədinə əməl etməyib.

Bundan əlavə o, əsgərlik yoldaşı Bulud Qasımovun oğlunu Bakı şəhəri ərazisində yeləşən Sədərək ticarət mərkəzində işə düzəldəcəyini yalan vəd verib. O, 10 noyabr 2018-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Tibb Universitetinin yaxınlığında üzbəüz 5000 manat pulu ələ keçirib.

Daha sonra o, Bulud Qasımovun tanışları - Nəbi Fərzullayev, Nazim Abbasov və Bəhram Şıxəliyevə pensiya düzəldəcəyi ilə vəd verib. Nəbi Fərzullayevin 1500, Nazim Abbasovun 1000, Bəhram Şıxəliyevin isə 1050 manatını dələduzluq yolu ilə alıb.

Daha sonra İntiqam Maxsudov Bulud Qasımovun qohumu Baloğlan Qasımova da pensiya düzəldəcəyini vəd edib, onun 1650 manatını ələ keçirib. 

Bundan başqa, İntiqam Maxsudov Bulud Qasımovun qohumu olan Baloğlan Qasımova pensiya düzəldəcəyini yalan vəd verib. Aldatmaq yolu ilə Baloğlan Qasımovun “Azerpoçt” MMC-nin Masallı rayon filialından göndərdiyi 20 yanvar 2019-cu il tarixdə 150 manat pulu, 21 yanvar 2019-cu il tarixdə 500 manat pulu, 15 fevral 2019-cu il tarixdə 400 manat pulu Naxçıvan MR-nın Babək rayonu ərazisində yerləşən poçt filialından, 11 fevral 2019-cu il tarixdə 600 manat pulu Azerpoçt” MMC-nin Füzuli rayon filialından götürüb.

Daha sonra İntiqam Maxsudov Bulud Qasımovun tanışı Zamin Qasımovun oğluna qohumunu həbsdən azad edəcəyini etibarından sui-istifadə edərək tamah niyyəti ilə sonuncunun tanışını azadlığa buraxacağını yalan vəd verib.

Daha sonra İntiqam Maxsudov qabaqcadan hər hansı bir cinayət əlaqəsinə girmədiyi Zamin Qasımovun tanışı Ağaverdi Qasımovun 28 yanvar 2019-cu il tarixdə Bakı şəhəri ərazisində yerləşən poçt filialından göndərdiyi 5030 manat pulu, Zamin Qasımovun Bakı şəhəri ərazisində yerləşən “Kapital bank”dan göndərdiyi 28 yanvar 2019-cu il tarixdə 780 manat, 30 yanvar 2019-cu il tarixdə 1008 manat, 21 fevral 2019-cu il tarixdə 202 manat pulu götürüb.

Bununla da, o, Zamin Qasımovun etibarından sui-istifadə edərək, onun ümumilikdə 7020 manat pulunu ələ keçirib.

Bundan sonra İntiqam Maxsudov Bulud Qasımovun tanışı Şəfayət Əkbərova pensiya, dövlət hesabına ev və maşınla təmin edəcəyini yalan vəd verib, onun 17683 manatını, Bakı şəhəri ərazisində yerləşən “Əlillər Cəmiyyəti” adlı yerdə tanış olduğu Masallı rayonu Boradigah qəsəbə sakini Zülfüqar Əliyevə əlilliyə görə pensiya düzəldəcəyini yalan vəd verib, onun 4,288 manatını ələ keçirib.

İstintaq orqanı tərəfindən İntiqam Maxsudovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.

Masallı rayon Məhkəməsinin hökmü ilə İntiqam Maxsudov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan İntiqam Maxsudov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə onun apelyasiya şikayəti təmin olunmayıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top