Bakıda “Şamlıq” deyilən ərazidə cinsi azlıq nümayəndəsi ilə taksi sürücüsünün intim münasibəti — Şok təfərrüat

KRİMİNAL 21 yan 2021, 12:55
Bakıda quldurluq etməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Qurban Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, cinsi azlığın nümayəndəsi olan Qurban Rzayev ötən ilin aprelin 20-də, gecə saat 02 radələrində Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında dayanaraq cinsi əlaqədə olmaq üçün müştəri gözləyərkən avtomobil yolu ilə hərəkətdə olan taksi fəaliyyəti ilə məşğul olan “VAZ 21011” markalı avtomobilin sürücüsü Rüfət Yunusovun idarə etdiyi avtomobilini onun dayandığı yerdə saxlayaraq sonuncuya oral yolla cinsi əlaqədə olmaq istədiyini təklif edib, qarşılığında hansı məbləğdə pul alacağını soruşub.

İntim əlaqə və quldurluq

Qurban Rzayev Rüfət Yunusovla oral yolla cinsi əlaqədə olmağa etiraz etməyib və həmin əlaqəyə görə qabaqcadan 10 manat məbləğində pul alacağını bildimb. Aralarında olan razılaşmaya əsasən Qurban Rzayev Rüfət Yunusovun idarə etdiyi avtomobilin ön sağ oturacağında əyləşib və rahat şəkildə cinsi əlaqədə olmaq üçün sonuncuya avtomobili heç kimin olmadığı Nəsimi rayonu, Moskva prospekti 92 saylı binanın arxa tərəfinə sürməsini təklif edib.

Onlar birlikdə həmin ünvana getdikdən sonra Rüfət Yunusov onunla idarə etdiyi avtomobilin ön hissəsində qabaqcadan 10 manat məbləğində pul əskinası verməklə oral yolla cinsi əlaqədə olub. Həmin vaxt Qurban Rzayev Rüfət Yunusovun üzərində pulunun olmasını görüb. O, həmin pulları ələ keçirmək üçün üzərində olan ülgücü çıxarıb və Rüfət Yunusova tutaraq öldürəcəyi, sifətində çapıq izi qoyacağı ilə davamlı hədələr edib, 100 manat məbləğində pulu alıb.

“Həmin əraziyə “Şamlıq” deyirlər”

İstintaq orqanı tərəfindən Qurban Rzayevin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qurban Rzayev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Qurban Rzayev ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Bakı şəhərində kirayədə yaşayıb: “Cinsi azlığın nümayəndəsiyım və son 4 ildir ki, cinsi azlıq kimi kişilərlə görüşürəm. Adətən kişi müştərilərlə görüşmək üçün günün qaranlıq vaxtları Nəsimi rayonu, Moskva prospekti 92 saylı binanın qarşısında oluşam. Həmin binanın qarşısında çoxlu sayda şam ağacları olduğu üçün çox zaman həmin əraziyə “20 Yanvar” da yerləşən “Şamlıq” deyirlər”.

“10 manata oral yolla cinsi əlaqədə olduğumu dedim”

Qurban Rzayevin sözlərinə görə, aprelin 20-də, gecə saat təxminən 02 radələrində müştəri axtarmaq üçün “20 Yanvar” metrostansiyası yaxınlığında körpünün ətrafında gəzişərək kişi cinsindən olan müştərilər axtarıb: “Saat 02 radələrində yolun kənarı ilə piyada hərəkətdə olan zaman mənə “VAZ 21011” markalı avtomobil yaxınlaşdı. Avtomobilin sağ yan qabaq qapısının şüşəsi aşağı salındı və sürücü əli ilə məni maşınına tərəf çağırdı. Həmin avtomaşına yaxınlaşarkən avtomaşının sürücüsü şəxsiyyəti mənə sonradan məlum olan Rüfət Yunusov avtomobilin açıq şüşəsindən cinsi əlaqədə olub-olmayacağımı soruşdu. 10 manata oral yolla cinsi əlaqədə olduğumu dedim. Avtomaşının pəncərəsindən sürücüyə qiymət dedikdən sonra sürücü razılaşdı və məni avtomaşına dəvət etdi”.

“20 manata anal yolla cinsi əlaqədə olduğumu bildirdim”

Qurban Rzayev bildirib ki, avtomaşına əyləşdikdən sonra onun deməyinə əsasən onlar avtomobillə Nəsimi rayonu, Moskva prospekti 92 saylı binanın arxa tərəfinə maşınlar üçün nəzərdə tutulmuş qarajların arasına gediblər: “Rüfət mənə oral yolla cinsi əlaqədə olmağı təklif edən zaman sürücüyə əvvəlcədən 10 manat pulu aldığımı bildirdim. Sürücü etiraz etmədi, cibində olan pulları çıxararaq 10 manat pul verdi. Bu zaman onun əlində 1 ədəd 50 manatlıq və 3 ədəd 1 manat olmaqla ümumilikdə 53 manat pulunun qaldığını gördüm. 10 manatı götürdükdən sonra oral yolla cinsi əlaqədə olduq. Bir neçə saniyədən sonra isə sürücü mənə anal yolla cinsi əlaqədə olmağı təklif etdi, sürücüyə 20 manata anal yolla cinsi əlaqədə olduğumu bildirdim”.

“10-15 dəqiqə ərzində cinsi əlaqədə olacağını bildirdim”

Təqsirlndirilən şəxsin sözlərinə görə, Rüfət Yunusov etiraz etməyib: “Mən pulumu əvvəlcədən alacağımı bildirdim. Sürücü üzərində 20 manatlığın olmadığını, 50 manatlığın olduğunu bildirən zaman həmin 50 manatı müştəridən götürdüm və az əvvəl sürücünün mənə verdiyi 10 manatı ona geri qaytardım, cinsi aktı başa çatdırdıqdan sonra yaxınlıqda olan mağazaya gedərək 50 manatı xırdalayıb, ona borclu qaldığım 20 manatı verəcəyəmi bildirdim. Sürücü də mənimlə razılaşdı və anal yolla cinsi əlaqədə olmağa başladıq. Rüfətə onunla 10-15 dəqiqə ərzində cinsi əlaqədə olacağını bildirdim, sürücü mənimlə razılaşdı. Bundan sonra sürücü mənimlə anal yolla cinsi əlaqədə olmağa başladı. Bir müddət cinsi əlaqədə olduqdan sonra gördüm ki, Rüfətin cinsi aktivliyi yoxdur. Ona cinsi aktını başa çatdıra bilmədiyini dedim, 50 manatı apararaq xırdalayıb, pulunun qalan hissəsini verməyi təklif etdim”.

“Cinsi aktını sona çatdıra bilmədiyini dedim”

Qurban Rzayevin sözlərinə görə, bu zaman Rüfət Yunusov ona yenidən anal yolla cinsi əlaqədə olmağı təklif edib: “Rüfət bildirdi ki, əgər onunla yenidən anal yolla cinsi əlaqədə olmasam, mənə 50 manatdan hər hansı bir məbləğdə pul veməyəcək. Rüfətə etirazımı bildirdim, cinsi aktını sona çatdıra bilmədiyini dedim. Bundan sonra aramızda avtomaşının içərisində mübahisə yarandı. Rüfət avtomaşının mühərrikini işə saldı, avtomaşını mənim dediyim mağazanın qarşısına tərəf sürdü və mağazanın qarşısında mənə verdiyi 50 manatın hamısını geri istədi, əks halda isə polisə şikayət edib, məni şərləyəcəyini bildirdi. Rüfətə onunla 1 dəfə anal yolla cinsi əlaqədə olduğum üçün mənə verdiyi 50 manatı deyil, cəmi 20 manat pulu verəcəyimi bildirdim. Bundan sonra isə  avtomaşından düşərək mağazaya tərəf gedən zaman Rüfət avtomaşını işə salaraq oradan uzaqlaşdığını gördüm”.

“Əməlimdən peşmanam”

Təqsirləndirilən şəxs qeyd edib ki, pulu özünün ehtiyaclarına xərcləyib və narkotik istifadəçisi olduğuna görə həmin pula narkotik olan heroin də alıb: “Rüfətə qarşı hər hansı bir quldurluq etməmişəm, ona qarşı hər hansı bir hədə-qorxu gəlməmişəm. Mənim üzərimdə yalnız qaş almaq üçün istifadə edilən qaş alan (naqqaş) olub. Qaş alanla zərərçəkmiş şəxsin sifətinə çapıq izi qoyacağımı bildirməmişəm. Zərərçəkmiş şəxs məni şərləyir. Zərərçəkmiş şəxsin cibindən çıxartdığı pullar ümumilikdə 63 manat olub və başqa heç bir pul olmayıb. Məndə rezak olmayıb, qaş alan olub. Qaş alanla isə zərərçəkmiş şəxsə heç bir xəsaərt yetirməmişəm, nə də xəsasərt yetirəcəyim ilə hədələməmişəm. Özümü yalnız zərərçəkmiş şəxsdən 50 manat pul götürməyimə görə təqsirkar bilirəm. Əməlimdən peşmanam”.

“Cinsi azlıqlarla arada bir cinsi əlaqədə oluram”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rüfət Yunusov bildirib ki, təqsirləndirilən şəxsi əvvəllər tanımayıb: “3-cü qrup əliləm, məndə ağır hemofiliya xəstəliyi var. İdarə etdiyim “VAZ 21011” markalı avtomaşınla yaşadığım Pirallahı rayonunda taksi fəaliyyəti ilə məşğul oluram. Cinsi azlıqlarla arada bir cinsi əlaqədə olaraq, cinsi ehtirasımı təmin edirəm.  Hadisə baş verən günü yaşadığım Pirallahı rayonunda olan zaman axşam saat təxminən 23 radələrində ağrılarım şiddətləndiyi üçün Yasamal rayonu ərazisində yerləşən Respublika Kliniki Xəstəxanasına getmək qərarına gəldim. Saat təxminən 01 radələrində Bakı şəhərinə giriş etdim. Həmin gün saat təxminən 02 radələrində Respublika Kliniki Xəstəxanasına çatmamış yolun kənarında bir nəfər şəxsin dayandığını gördüm. Dərhal hiss etdim ki, həmin şəxs cinsi azlıqdır və görüşmək üçün müştəri gözləyir”.

“Cinsi əlaqədə olmaq üçün pulu əvvəlcədən aldığını bildirdi”

Rüfət Yunusovun ifadəsinə görə, həmin vaxt onun üzərində 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 5 ədəd də 1 manatlıq əskinas olmaqla ümumilikdə 110 manat məbləğində nağd pulu olub: “Yolun kənarı ilə idarə etdiyim avtomobili yavaş-yavaş sürərək həmin cinsi azlığa tərəf sürdüm. Yolun kənarında avtomobili saxladım, avtomobilin pəncərəsini açaraq həmin şəxsi çağırdım. Həmin şəxs avtomobilinə tərəf gəldi, pəncərədən həmin şəxsə cinsi əlaqədə olub-olmayacağı ilə maraqlandım. Həmin şəxs 10 manat pulun müqabilində mənimlə oral yolla cinsi əlaqədə ola biləcəyini dedi. Etiraz etmədim, həmin şəxsi avtomobilimə dəvət etdim. Həmin şəxsin şəxsiyyəti sonradan mənə məlum olan Qurban Rzayev avtomobilə qabaq oturacaqda oturdu. Qurban Rzayevin təklifi ilə avtomobili Nəsimi rayonu, Moskva prospekti 92 saylı binanın arxa tərəfinə sürdüm. Oral yolla cinsi əlaqədə olmazdan qabaq həmin əlaqənin pulunu əvvəlcədən aldığını bildirdi, cibimdə olan pulları çıxartdım, pulların arasından 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pulu ona verdim”.

“Avtomobilin salonunda oral yolla cinsi əlaqədə olduq”

Rüfət Yunusovun sözlərinə görə, cibindən pulları çıxaran zaman onun cibində başqa pulların da olduğunu Qurban Rzayev görüb: “10 manat pulu Qurbana verdikdən sonra elə avtomobilin salonunda oral yolla cinsi əlaqədə olduq. Təxminən bir neçə saniyədən sonra Qurban məndən iy gəldiyini bildirərək, oral yolla cinsi əlaqəni davam etdirmək istəmədiyini dedi. Təxminən bir neçə saniyə sonra Qurban anidən əynində olan qış gödəkçəsinin sol yan cibindən 1 ədəd ülgüc (rezak) çıxardaraq mənə tərəf tuşladı, məndən az əvvəl üzərimdə pul olduğumu gördüyünü, ona görə də üzərində olan pulları vermədiyim halda əlində tutduğu rezakla sifətimə iz qoyacağını dedi. Ağır hemofiliya xəstəsi olduğum üçün əgər mənə ülgüclə xəsarət yetirərsə, hətta ölə biləcəyimi fikirləşdim. Ona görə Qurbanın müqavimətinə və iradəsinə tabe olmaq məcburiyyətində qaldım”.

“Polis axtarmağa başladım”

Zərərçəkmiş qeyd edib ki, şalvarının cibindən qalan pulları çıxardıb və hamısını cəm şəkildə təqsirləndirilən şəxsə təqdim edib: “Həmin pullar 1 ədəd 50 manatlıq, 2 ədəd 20 manatlıq, 1 ədəd də 10 manatlıq əskinaslar olub. Təqsirləndirilən şəxs məndən 100 manat pulu aldı. Bundan sonra əlində tutmuş olduğu rezakı hələ də mənə qarşı tuşladığından Qurbanın hər mənə qarşı ülgüclə zərbə yetirəcəyindən qorxduğum üçün idarə etdiyim avtomobilini dərhal işə saldım, mərkəzi yola çıxdıqdan sonra “Real-S” mağazasının qarşısında Qurban avtomobildən düşdü. Dərhal avtomobillə həmin ərazidən uzaqlaşaraq ətrafda polis axtarmağa başladım”.

“Təqsirləndirilən şəxslə barışmamışam”

Rüfət Yunusov bildirib ki, təxminən bir neçə dəqiqə sonra dövlət yol polisi idarəsinin əməkdaşlarına yaxınlaşıb: “Polislərə baş vermiş hadisə barədə məlumat verdim. Mənə ərazi polis idarəsinə yaxınlaşmağı və baş verənlər barədə ərizə ilə müraciət etməli olduğumu izah etdilər. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş verənlər barədə məlumat verdim. Baş vermiş hadisə zamanı mənə ümumilikdə 100 manat məbləğində maddi ziyan dəyib. Təqsirləndirilən şəxs mənə xəsarət yetirməyib. Lakin əlində olan rezakla sifətimə iz qoyacağını deyib. Dəymiş maddi ziyanı təqsirləndirilən şəxsdən tələb edirəm. Təqsirləndirilən şəxsə qanunamüvafiq cəza verilməsini xahiş edirəm. Onunla barışmamışam”.

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmənin hökmü ilə Qurban Rzayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top