Azərbaycan klubları 2020-ci ildə neçə futbolçu alıb?

İDMAN 19 yan 2021, 09:09
2020-ci ildə Azərbaycan klublarının heyətlərinə cəlb etdiyi futbolçuların sayı açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə FIFA-nın transferlərlə bağlı hesabatında bildirilib.

Klublar 2020-ci ildə 61 futbolçu ilə müqavilə imzalayıb, 51-i ilə yollarını ayırıb. Ölkədəki 10 klub futbolçu almaqda, 3-ü isə oyunçuların satışında iştirak edib.

Hesabatda ümumi xərc və ümumi qazanc açıqlanmayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top