Ərdoğan Azərbaycanda tətbiq olunacaq peyvəndi vurdurdu — YENİLƏNİB+VİDEO

DÜNYA 14 yan 2021, 20:18
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankara Şəhər Xəstəxanasında koronavirus əleyhinə peyvənd olunub.

Peyvəndin vurulmasından sonra jurnalistlərin qarşısına çıxan ölkə prezidenti ilk təəssüratlarını media əməkdaşları ilə bölüşüb.

Prezident bildirib ki, hazırda onunla birlikdə Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərar və İdarə Məclisinin toplantısında iştirak edənlərin vaksinasiya prosesi davam edir.

“Bütün partiya liderlərini, cəmiyyətin öndə gedən şəxslərini bizim nümunəyə dəstək olub, vaksinasiyadan keçməyə çağırıram. Burada çətin heç nə yoxdur. Beş dəqiqəyə vaksin vurulur, 15 dəqiqə istirahət edirsən”, - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə Prezidentinin vurdurduğu peyvənd Çində istehsal olunan SinoVac peyvəndidir. Koronavirus əleyhinə bu peyvənddən Azərbaycanda da istifadə ediləcək. 


18:25 
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa qarşı peyvəndlənəcək.


Demokrat.az "TRT Haber"ə istinadən xəbər verir ki, dövlət başçısı Ankara Şəhər Xəstəxanasında peyvənd olunacaq.

Dünən isə canlı yayımda Türkiyənin səhiyyə naziri Fahrettin Kocaya koronavirusa qarşı peyvənd vurulmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:46
Top