Baş redaktor: “13 günlük komadan sonra evdəyəm...”

SOSİAL 13 yan 2021, 20:28
“Trend” İnformasiya Agentliyinin koronavirusa yoluxan baş redaktoru Rufiz Hafizoğlu sağalaraq evə buraxılıb. 

Demokrat.az xəbər verir ki, bu barədə o özü sosial şəbəkədə paylaşım edib. 

“Ümumilikdə 25 gün olmaqla, 13 gün koma, 2 gün ayılma, dəhşətli hallüsinasiyadan sonra nəhayət ki, bu gündən etibarən evdəyəm. Dediyim müddət asan olmadı. Ayağa qalxmamda bir çoxlarının əməyi olub. Hər kəsə, çalışdığım kollektivə, sağalmam üçün duasını belə əsirgəməyənlərə təşəkkür edirəm”. 

O həmçinin hər kəsi koronavirus infeksiyasına ciddi yanaşmağa çağırıb: “Dostlar, “COVID-19” oyuncaq deyil, lütfən, ilk əlamətlər yaşanan kimi həkimə müraciət edin. “COVID-19”la mübarizə edə bilərsiniz, amma fəsadları daha ağırdır. İlk növbədə özümüzü, sevdiklərimizi və yaşadığımız toplumu qoruyaq. Bu, bizim vətəndaşlıq borcumuzdur. Hər kəsə minnətdaram”. /Qafqazinfo

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top