Bill Qeytsdən yeni pandemiya mesajı

DÜNYA 24 dek 2020, 00:40
“Microsoft” şirkətinin qurucusu Bill Qeyts koronavirus pandemiyasına dair fikirlərini açıqlayıb.

Mk.ru xəbər verir ki, o, peyvəndin mövcudluğuna rəğmən, vəziyyətin daha pis ola biləcəyini deyib.

“Hələ də çətinlikdən qurtarmamışıq”, - deyə o, bloq yazısında qeyd edib.

Onun sözlərinə görə, kompüter modellərinin təhlili əsasında dünyada mövcud olan COVID-19 ilə bağlı vəziyyətin gələn il əhəmiyyətli dərəcədə yaxşılaşmayacağı proqnozu əldə edilir.

Qeyts fərdi qoruyucu vasitələrin istifadəsinin virusun yayılmasına qarşı təsirli bir yol olduğuna inandığını da əlavə edib.

Eyni zamanda, o bildirib ki, elmə inamsızlıq üzündən peyvənddən imtina edən çox sayda insana görə narahatdır./Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top