Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaq — VİDEO


GÜNDƏM 22 dek 2020, 11:20
Azərbaycan ordusu işğaldan azad etdiyi torpaqlarda öz mövqelərini bərkidib. 

Baku TV-nin əməkdaşı Şamxal Cəlil oğlu Ağdam rayonunda olaraq burada Azərbaycan əsgərinin döyüş əhval-ruhiyyəsi ilə tanış olub. 

Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixində əbədi qalacaq. Azərbaycan silahlı qüvvələri 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi ordumuzun böyük zəfəri ilə bitdi. Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusu Ağdam rayonunu bir güllə atılmadan boşaltmalı oldu. Bu gün ordumuz öz mövqelərini Ağdamın işğaldan azad edilən ərazilərində qurub. Yeni qurulan döyüş mövqelərində əsgərlərimiz üçün hər cür şərait yaradılıb. Azərbaycan son iki əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. 

Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top