Naxçıvan sərhədində vurulan Rusiya helikopteri ilə bağlı Peskovdan AÇIQLAMA

XARİCİ SİYASƏT 21 dek 2020, 17:16
Kreml sözçüsü Dmitri Peskov Naxçıvan sərhədində vurulan Rusiya helikopterindən danışıb.

Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında bildirib ki, noyabr ayında vurulan Rusiya helikopteri ilə bağlı Rusiya-Azərbaycan arasında bütün məsələlərdə konstruktiv bir dialoqlar aparılır:

"Moskva və Bakı bütün məsələlərdə müntəzəm və çox sıx konstruktiv dialoq vəziyyətindədir. Bu məsələ ilə bağlı sizə deyə biləcəyim yanlız budur”.

Qeyd edək ki, noyabrın 9-da Naxçıvan-Ermənistan sərhədində Rusiyaya aid helikopter vurulmuşdu. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişmişdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top