Bakıda taxta emalı sexi yandı

HADİSƏ 20 dek 2020, 09:44
Bakıda taxta emalı sexində yanğın olub.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə Rəsulzadə qəsəbəsində taxta emalı sexində yanğın olması barədə məlumat daxil olub. 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. 

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb.  

Yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top