Ermənistanda COVİD-19-dan ölənlərin sayı 2 600-ü ötdü

DÜNYA 19 dek 2020, 22:35
Ermənistanda daha 920 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 153 173 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 20 nəfər artaraq 2 616-ya çatıb. İndiyədək 131 931pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 17 976 aktiv koronavirus xəstəsi var.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top