Ermənilər Azərbaycanla sərhəddə aksiya keçirir — Atəş səsləri eşidilir — VİDEO

GÜNDƏM 17 dekabr 2020, 15:49
Ermənistanda bir qrup şəxs Sünik bölgəsindən (Zəngəzur) keçən Qafan-İrəvan avtomobil yolunu bağlayaraq hökumətdən dövlət sərhədlərinin təhlükəsizliyini təmin etməyi tələb edib.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, etirazçılar Ermənistan-Azərbaycan sərhədində erməni əsgərlərin olmadığını iddia edirlər.

Bildirilir ki, hazırda Ermənistanın Azərbaycanla olan dövlət sərhədlərində kəndlilərdən ibarət olan könüllü dəstələr dayanır.

Yayılan video görüntülərdə əraziyə təcili yardım avtomobilinin gəldiyi görülür. Həmçinin atəş səsləri eşidilir.

Qeyd edək ki, Ermənistanın Qafan şəhəri Azərbaycanın Zəngilan rayonu ilə həmsərhəd bölgədə yerləşir.





Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top