Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISI

GÜNDƏM 15 dek 2020, 12:14
Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, dekabrın 15-dək 2756 şəhidimiz dəfn edilib.

Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur.

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top