"Növbədənkənar parlament seçkiləri keçirmək üçün büdcədə pul yoxdur" — Artur Vanetsyan

DÜNYA 14 dek 2020, 14:19
“Ciddi təhlükəsizlik problemləri, ağır iqtisadi vəziyyət, sağlamlıq böhranı var. Bu üç problem çox tez həll edilməlidir. Təcili həll tələb edən ən vacib məsələ əsirlərin və itkin düşənlərin cəsədlərinin qaytarılması məsələsidir. Bu problemlər həll olunmayana qədər Ermənistanda növbədənkənar parlament seçkiləri keçirmək mümkün deyil”.

Demokrat.az
xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Vətən partiyasının sədri Artur Vanetsyan  “Azatutyun TV”-yə verdiyi müsahibəsində deyib. O əlavə edib ki, “Bu gün Ermənistan ciddi maliyyə problemləri ilə üzləşdiyindən növbədənkənar parlament seçkiləri keçirməyə imkan yoxdur. Ona görə də baş nazir könüllü istefaya getməlidir. Paşinyan bu qərarı hər gün gecikdirdikcə xalqı daha çox təhlükəyə atır, ölkəni məhvə sürükləyir”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top