Düşmənə qan udduran dörd oğul... — VİDEO

GÜNDƏM 11 dek 2020, 10:27
Hüseynovlar ailəsinin İkinci Qarabağ Müharibəsində xüsusi xidmətləri olub, desək, heç də yanılmarıq. Məhz bu ailənin dörd oğlu Vətən Müharibəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. 

Tovuz rayonunun Dondar Quşçu kəndindən olan Səməd, Elnur və Kamran Hüseynov qardaşları sentyabrın 27-dən başlayan döyüşlərdə fəallıq nümayiş etdiriblər.

Onlardan üçü ixtisaslı zabit, biri müddətdən artıq hərbi qulluqçu kimi Vətən Müharibəsinə qatılıb. Səməd, Elnur və Kamran Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitiriblər.

Onlardan ikisi hərbi təyyarəçi, Elnur hava hücumundan müdafiə üzrə mütəxəssisdir. Qardaşlardan digəri - Afiq müddətdən artıq hərbi qulluqçudur.

Dörd igidin atası Mahir Hüseynov deyir ki, ən böyük arzusu övladlarını hərbçi görmək olub.

Daha ətraflı Baku TV-nin videoreportajında:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top